Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Muğanbank" barədə bədbin proqnozlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Muğanbank" barədə bədbin proqnozlar

S&P: "Muğanbank" zərərliliyini qoruyacaq

 

Reklam_3_11

"Muğanbank" ASC-nin ötən ili 12 mln. manatlıq zərərlə başa vurmasından sonra bankın kapitallaşması ciddi təzyiqlə üzləşib. Bu barədə "Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.


Agentliyin proqnozuna əsasən, bankın kapitallaşması yaxın 2 il ərzində ciddi təzyiq altında qalacaq: "Bundan başqa, bank 2017-ci ili də zərərlə başa vuracaq".

 

Bununla yanaşı, S&P səhmdarların banka verdiyi dəstəyi müsbət qiymətləndirir. Belə ki, səhmdarlar ötən il bankın nizamnamə kapitalını 25 mln. manat artırıb.

 

"Muğanbank"da problemli kreditlərin payı 20%-ə çatacaq

 

2016-cı ildə "Muğanbank" ASC-nin aktivlərinin keyfiyyəti pisləşib, problemli kreditlərin ümumi portfeldəki payı 15%-ə yüksəlib, portfelin 10%-i isə restrukturizasiya olunmuş kreditlərin payına düşüb. 

 

Agentliyin analitikləri hesab edir ki, 2017-2018-ci illərdə bankda problemli kreditlərin artım tempi azalacaq. Buna baxmayaraq, S&P-nin proqnozlarına əsasən, 2017-ci ilin sonuna problemli kreditlərin ümumi portfeldəki payı 20%-ə çatacaq, restrukturizasiya olunmuş kreditlərin portfeldəki payı isə 10-12% təşkil edəcək.

 

© APA

21.06.2017 15:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ