Neft "ayı" bazarına girib
Neft qiymətləri, ABŞ-da artan hasilatın OPEC-in tədbirlərini heç edəcəyi gözləntisi ilə "ayı" bazarına girib.Qiymətlərin 20 faiz aşağı düşməsi Ayı bazarı kimi qəbul edilir.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da neft hasilatı 2015-ci ilin Avqust ayından bu yana ən yüksək səviyyəsinə çıxıb. Çərşənbə günü Londonda Brent nefti Yanvar və Fevral aylarındakı ən yüksək səviyyələrindən 20-22% düşərək bağlanıb və ayı bazarına girib.
Artan qlobal hasilatın, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu digər bəzi istehsalçıların hasilatlarını azaltmalarının təsirlərini siləcəyi barədə narahatlıqlar artır. İranın neft naziri, OPEC üzvlərinin hasilatı daha da azaltmaq üçün müzakirələrə başladıqlarını, ancaq nəticəyə gəlməyin çox çətin olacağını deyib.
Enerji sektoru məsləhəti ilə məşğul olun FGE şirkətinin qurucusu və sədri Fereidun Fesharaki, "Bazarda çox neft var və qiymətləri qaldırmaq üçün bazarda artıq olan gündəlik 700,000 barel neftin çıxarılması lazımdır. OPEC gözləyə bilməz. Qiymətləri 50 dollara qaldırmaq üçün istehsalı daha da azaltmaq məcburiyyətindədir. Əgər bunu etməsələr, "ayı" bazarı qiymətləri 40 dollardan da aşağı sala bilər" deyib.
ABŞ-ın Qərbi Texas tipli xam neftinin barrel qiyməti 42,12 dollaradək, Brent neftinin barrel qiyməti də 44,42 dollara qədər geriləyib. Neft qiymətləri 3 faiz ətrafında düşüb.
ƏLA FÜRSƏT: 17600- USD-DAN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
1 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 13 saat əvvəl