Əcnəbilərin elektron viza müraciətlərinə 3 saat ərzində baxılacaq
Azərbaycanda əcnəbilərin elektron vizanın sürətləndirilmiş qaydada alınması üzrə müraciətinə 3 saat ərzində baxılacaq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə imzaladığı fərmanda qeyd olunub.
Qərarda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Viza” sisteminin idarə edilməsi, inkişafı və təkmilləşdirilməsinin özünümaliyyələşdirmə mexanizmi çərçivəsində həyata keçirilməsi məqsədi ilə həmin sistemin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında fəaliyyətini, həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətlərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılmasını təmin etsin.
Fərmanda qeyd olunur ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi üçün zəruri vizaların “ASAN Viza” sistemi vasitəsilə alınmasını təmin etmək üçün təkliflərini versin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl