Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində cari ildə yaranmış humanitar böhran ilə bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara BMT-nin xətti ilə 50.000 ABŞ dolları məbləğində yardım göstərilib.

 

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfindən edilən bu yardım BMT Baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib.

 

BMT-nin Baş katibi tərəfindən daxil olmuş müraciətdə aclıq təhlükəsi ilə üzləşən 20 milyondan çox insana, xüsusilə azyaşlı uşaqlara və qadınlara dəstək göstərilməsi və bu humanitar böhranın aradan qaldırılması üçün qeyd olunan dövlətlərlə əlaqələndirilmiş şəkildə vaxtında və ünvanlı humanitar fəaliyyətin zəruri olduğu bildirilib və yardımın edilməsi xahiş olunub.

 

"Davamlı iqtisadi artım Azərbaycana öz milli inkişaf strategiyasına diqqəti yönəltməklə yanaşı, beynəlxalq inkişafı da fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan Heydər Əliyev Fondu, AİDA və digər qurumlar vasitəsilə beynəlxalq humanitar yardım və davamlı inkişaf layihələrini dəstəkləyir.

 

2017-2019-cu illər üçün Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi davamlı inkişafa dair aparılan müzakirələrdə daha fəal rol oynamaq və beynəlxalq səviyyədə inkişafa töhfə vermək üçün əlavə imkanlar yaradır, - deyə məlumatda bildirilir.

22.06.2017 14:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ