Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bank yeni şərtlə depozit hərracı elan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank yeni şərtlə depozit hərracı elan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

 

“Marja” xəbər verir ki, 23 iyun 2017-ci il tarixində keçiriləcək hərrac ilə 200 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

 

Müddət 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% aralığında müəyyən olub.

 

Diqqəti cəlb edən faiz dərəcəsinin aşağı göstəricisinin 10,01%-ə düşməsidir. Bundan əvvəl aşağı göstərici 12,01% olurdu.

 

Faizin aşağı salınması faiz dəhlizinin aşağı həddinin aşağı salınması ilə bağlıdır.

 

Xəbər verdiyimiz kimi, 21 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilmişdir. İclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Beləliklə, depozit hərraclarında Manat banklardan daha aşağı faizlər ilə yığılacaq. Çünki, vəsaitlərin cəlb olunması (sterlizasiya xarakterli) faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 15%) arasında dəyişən faiz dərəcələri ilə aparılır. Qısası, Mərkəzi Bank Manat üçün daha aşağı faizlər ödəyə biləcək, gəlirliliyin azaldığını görən banklar Manat kütləsini Mərkəzi Bankda yerləşdirməkdənsə, yavaş-yavaş real sektora yönəldə bilərlər.

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

23.06.2017 06:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ