Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dünyaya təxminən 50 il çatacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyaya təxminən 50 il çatacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada ən çox qaz ehtiyatı İrandadır


BP-nin "2017 Dünya Enerji Hesabatından" yığılan məlumatlara görə, dünyada 186,6 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı var. Sözügedən ehtiyatın bazara 50 ildən artıq çatacağı proqnozlaşdırılır.
 

"Marja" hesabata istinadən xəbər verir ki, ən çox qaz ehtiyatı 79,4 trilyon kubmetrlə (42.5 faiz) Yaxın Şərq regionundadır. Yaxın Şərqin ardınca 56,7 trilyon kubmetr ehtiyata malik Rusiya, Türkmənistan və Azərbaycanın daxil olduğu Avropa və Avrasiya regionu gəlir.


 
 Ən az qaz ehtiyatına malik region isə 7,6 trilyon kubmetrlə Cənubi və Orta Amerikadır.


 
Ötən il dünyada sübut olunmuş ən çox qaz ehtiyatına malik ölkə, 33,5 trilyon kubmetrlə İrandır.  Onun ardınca 32,3 trilyon kubmetr qaz ehtiyatı ilə Rusiya və 24,3 trilyon kubmetrlə Qətər gəlir.


 
 Ən çox təbii qaz istehsal edən ölkə ABŞ-dır.


 
Qlobal enerji bazarlarında ötən il ən çox təbii qaz istehsal edən ölkə 749,2 milyard kubmetrlə ABŞ olub. Beləliklə, ötən il dünya miqyasında bazara təqdim olunan qazın 21%-i ABŞ-da istehsal edilib.


 
ABŞ-ın ardınca 579,4 milyard kub metrlə Rusiya gəlir. İran isə dünyanın ən çox təbii qaz ehtiyatına sahib ölkəsi olmasına baxmayaraq istehsalatda 202,4 milyard kubmetrlə üçüncü sırada yer alıb.

 

 Ən çox qaz ehtiyatına malik ölkələr, Qaz miqdarı (trilyon kubmetr)


 İran 33,5 trilyon
 Rusiya 32,3 trilyon
 Qətər 24,3 trilyon
 Türkmənistan 17,5 trilyon
 ABŞ 8,7 trilyon
 Səudiyyə Ərəbistanı 8,4 trilyon
 Birləşmiş Ərəb Əmirlikləri 6,1 trilyon
 Venesuela 5,7 trilyon
 Çin 5,4 trilyon
 İraq 3,7 trilyon

26.06.2017 12:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ