Neft nəhənginə kiber hücum
"Rosneft", rəsmi "Twitter" hesabından verdiyi açıqlamada şirkət serverlərinin çox böyük kiber hücum altında olduğunu açıqlayıb.
Rusiya Federasiyasının əksəriyyət hissəsinə sahib olduğu neft nəhəngi, hücumun araşdırılması üçün ölkənin informasiya idarəsinə müraciət edib
Kiber hücum hələ neft hasilatına təsir etməsə də, çox ciddi nəticələri ola biləcəyini söyləyən "Rosneft", hər ehtimala qarşı şirkətin ehtiyat nəzarət sisteminin işə saldığını açıqlayıb.
"Rosneft"in sosial media hesabı üzərindən verdiyi bəyanatda deyilir:
"Ümid edirik ki, kiber hücum hazırda davam etməkdə olan məhkəmə işi ilə bağlı deyil".
Çünki bu gün, səhər saatlarında, "Rosneft"in rəqiblərindən olan "Sistema Holding"ə aid "Bashkortostan Enerji" şirkətinin baş meneceri Vladimir Yevtuşenkovun bütün aktivlərini dondurulduğu bildirilmişdi.
Məhkəmə qərarına əsasən "Sistema Holding"in səhiyyə xidməti təqdim edən şəbəkəsi "Medsid"ə olan bütün səhmləri ilə yanaşı "Bashkortostan Enerji"dəki 90,47 faiz və mobil operator şirkəti MTS-dəki 31,76 faiz hissəsinə də məhdudiyyət gtətbiq eildmişdi.
"Rosneft"in bəhs etdiyi məhkəmə isə, Sovet Neft Nazirliyinin aktivlərinin transferilə qurulan "Bashneft"i 2009-ci ildə 2.5 milyard dollar qarşılığında satın aldıqdan sonra, "Sistema"nın 2014-ci ilə qədər şirkətə məxsus 3 milyard dollarlıq aktivlərini ələ keçirməsilə ilə bağlı idi.
UKRAYNADA DA KİBER HÜCUM BAŞ VERİR
Digər tərəfdən, Ukraynanın təyyarə istehsalçısı "Antonov"un da bəzi bank, enerji şirkətləri və hava limanları birlikdə kiber hücum altında olduğu açıqlanıb. Verilən ilk açıqlamada isə hücumun ciddiliyi və nəticələri ilə bağlı hələ bir dəqiqləşdirmə olmadığı bildirilib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
13 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
13 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
14 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl