SOCAR BP-dən idarəçi transfer edib
"SOCAR Turkiye Enerji A.Ş."də kadr dəyişikliyi olub.
Türkiyə KİV-ləri xəbər verir ki, SOCAR-ın Türkiyədəki törəməsinin xarici əlaqələr bölməsinin rəhbəri vəzifəsinə Murat LeCompte gətirilib.
Bu aydan yeni vəzifəsinin icrasına başlayan M. LeCompte "SOCAR Turkiye Enerji A.Ş." və törəmə müəssisələrin korporativ, media, müəssisədaxili əlaqə, sosial məsuliyyət layihələri və böhranın idarəedilməsi strategiyasının hazırlanmasına görə cavabdehlik daşıyacaq.
Qeyd edək ki, enerji və texnologiya sahəsində 27 illik iş təcrübəsinə malik M. LeCompte 2006-2017-ci illərdə “BP Türkiyə” şirkətində xarici əlaqələr üzrə müdir və korporativ əlaqələr direktoru vəzifəsində çalışıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 40 d. əvvəl
-
51 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 4 saat əvvəl