"Azərişıq": Tez bir zamanda elektrik enerjisinin verilişi bərpa olunacaq
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji" ASC-nin iki stansiyasının təbii qazla təchizatında məhdudiyyətlər olub. Bunu açıqlamasında "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.
Onun sözlərinə görə, qaz təchizatı məhdudlaşdırılan elektrik stansiyaları 350 meqavatlıq "Şimal" və 450 meqavatlıq "Sumqayıt" stansiyalarıdır: "Qaz təchizatının məhdudlaşdırılması enerji sistemində qəza ilə nəticələnib. Lakin "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin rəhbərliyi ilə operativ tədbirlər görülüb, enerji sisteminin dayanıqlılığının təmin edilməsi, qəza hallarının genişlənməsinin qarşısının alınması ilə bağlı bütün sistem səfərbər olunub".
Y. Babanlı əlavə edib ki, Bakı şəhəri və Abşeron rayonunun bir hissəsinə təbii qazın verilişində qısamüddətli məhdudiyyətlər yaranıb. "Tez bir zamanda istehlakçılara elektrik enerjisinin verilişi bərpa olunacaq", - deyə dövlət şirkətinin rəsmisi bildirib.
Qeyd edək ki, bu gün saat 09:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib. Yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb.
Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub.
SOCAR-ın yaydığı məlumatda deyilir ki, baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb: "Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür".
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 15 saat əvvəl