Azərbaycanda ilk dəfə hədiyyələr sərgisi keçiriləcək
Azərbaycanda ilk dəfə olaraq, 27-28 oktyabr tarixində “Boulevard Hotel Baku” otelində 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr “GIFT FAIR 2017” sərgisi keçiriləcək.
“GIFT FAIR” sərgisində istənilən növ və çeşiddə hədiyyələr təklif olunacaqdır, belə ki, burada VIP səviyyəli hədiyyələrlə yanaşı, sevdiyiniz insanlar və dostlarınız üçün hədiyyələr, eləcə də təntənələri mərasimlərin təşkili və keçirilməsi üçün məhsul və xidmətlər, o cümlədən interyer dizaynı üçün nəzərdə tutulmuş əşyalar və digər məhsullar nümayiş etdiriləcək. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
İki gün ərzində sərgidə yüksək keyfiyyətli məhsulların geniş çeşidi və bu sənaye sahəsinin inkişaf təmayülləri ilə yaxından tanış olmaq üçün müstəsna imkan yaradılacaq. Sərginin iştirakçıları (müxtəlif dəvətnamələr, karnaval kostyumları, axşam ziyafəti üçün paltarlar və bayram tədbirləri üçün işıqlandırma sistemlərinin hazırlanmasını ehtiva edən) bayram tədbirlərinin təşkili, şirniyyat məmulatlarının hazırlanması, əl işləri, eləcə də toy və toyqabağı mərasimlər və bir sıra digər tədbirlərin təşkili ilə məşğul olan şirkətlərdən ibarətdir. VIP ziyarətçilərlə mövcud əlaqələrin möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə elit xidmətlər və məhsullar təklif edən şirkətlər, butiklər və turizm agentlikləri GIFT FAIR 2017 sərgisi çərçivəsində “Premium sektor” bölümündə təmsil olunacaqlar.
Sərginin biznes proqramı çərçivəsində iştirakçılara işgüzar əlaqələr qurmaq, eləcə də vasitəçilərsiz birbaşa danışıqlar aparmaqla, öz şirkətlərini tanıtmaq üçün unikal imkan yaradan vorkşop keçiriləcək.
Beləliklə, “GIFT FAIR 2017” sərgisi məhsulların təqdimatı və həm yerli, həm də xarici bazarların təmayül və innovasiyaları ilə tanışlıq üçün unikal platformaya çevriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl