Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Mənzilin bir neçə nəfərə satılmasına nəzarət gücləndirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mənzilin bir neçə nəfərə satılmasına nəzarət gücləndirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın öncədən qeydiyyatı mexanizminin geniş tətbiqinə hazırlaşır.

 

Bu barədə açıqlamasında Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov məlumat verib.

 

Onun sözlərinə görə, mexanizmin əsas məqsədi mənzil-tikinti kooperativlərinin (MTK) bir mənzili bir neçə nəfərə satmasının qarşısını almaqdır: “Bunun üçün bina tikilməzdən öncə ordakı mənzillərin öncədən qeydiyyatına dair arayış veriləcək. Yəni, bəri başdan bilinəcək ki, ev kimindir. Eyni mənzili bir neçə nəfərə satmaq mümkün deyil olmayacaq. Əslində, öncədən qeydiyyat mexanizmi çoxdan var, sadəcə ictimaiyyət bu barədə elə də məlumatlı olmadığı üçün geniş tətbiq olunmurdu”.

 

Q.Xəlilov onu da deyib ki, vətəndaşlara tikinti şirkətlərindən aldıqları mənzillərə görə veriləcək arayışda yaşayış sahəsinin dəqiq ölçüsü göstəriləcək. Bu isə MTK-ların insanları ölçü məsələsində aldatmasına imkan verməyəcək. Daha bir maraqlı və mühüm məqam isə ondan ibarətdir ki, öncədən qeydiyyat əsasında mənzili ipotekaya qoymaq mümkün olacaq.

 

Qeyd edək ki, sabah ƏMDK “Daşınmaz əmlakın öncədən qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçirəcək. Prosesin mahiyyəti, ümumilikdə daşınmaz əmlak bazarının inkişafına müsbət təsirləri barədə ictimaiyyətə məlumat veriləcək. 

 

TAM TƏMİRLİ 1 OTAQLI MƏNZİL AYLIQ 377 MANATA!

 

© Report

29.06.2017 09:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ