Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yağış yağacaq, şimşək çaxacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yağış yağacaq, şimşək çaxacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 30-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

 

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 20-23° isti, gündüz  29-34° isti, Bakıda gecə  21-23° isti, gündüz  32-34 isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət  gecə 75-85 %,  gündüz  55-60 %  təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  23-24°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 18-23° isti, gündüz  30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz  17-22° isti olacağı gözlənilir.

29.06.2017 10:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ