ABŞ-dan Çin bankına "Şimali Koreya" sanksiyası
ABŞ-ın Xəzinə Nazirliyi, Şimali Koreyanın nüvə silahı fəaliyyətlərinə dəstək verdiyi üçün Çinin iki vətəndaşına və iki şirkətinə sanksiya tətbiq edib.
"Marja" xəbər verir ki, ABŞ-ın Xəzinə Nazirliyindən edilən yazılı açıqlamada, sanksiya qərarlarının Şimali Koreyanın kütləvi qırğın silahı inkişaf etdirmək fəaliyyətlərinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qaydalarını pozması səbəbilə verildiyi bildirilib.
ABŞ-ın qara siyahısına əlavə olunan 4 nəfər və təşkilatın arasında "Dandong Bank" adlı Çin bankın olması da diqqəti çəkib. Açıqlamada, adı çəkilən bankın Şimali Koreyanın, mövcud sanksiyalara baxmayaraq beynəlxalq bazarlara çıxmasına vasitəçilik etdiyi qeyd olunub.
Pyongyan rejiminin kütləvi silah yaratmaq fəaliyyətlərinə milyonlarla dollar transfer edilməsinə imkan verən bankın, çirkli pulların yuyulması fəaliyyətlərinə də qarışdığı iddia edilib. Xəzinə Nazirliyinin sanksiya qərarı çərçivəsində Çin bankının ABŞ-ın maliyyə sisteminə girişi də əngəllənib.
Bəyanatda həmçinin, Sun Wei ve Li Hong Ri adlı Çin vətəndaşlarının hazırda sanksiya siyahısında olan Şimali Koreyalı şirkətlər adına çalışdıqları üçün sanksiya siyahısına əlavə olunduğu bildirilib. Haqqında sanksiya qərarı verilən Çinli şirkətinib isə "Dalian Global Unity Shipping" adlı nəqliyyat şirkəti olduğu qeyd edilib.
Nazirlik tərəfindən sanksiya siyahısına əlavə olunan şəxs və qurumların ABŞ-dakı sərvətləri dondurulur və Amerikalıların "qara siyahı"dakılar ilə əlaqə qurması qadağan olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır