Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin ediləcək
“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklər layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq edilib.
Dəyişiklikdə məqsəd Əmanətlərin Sığortalanması Fondu (ADIF) Himayəçilik Şurasının tərkibində və səlahiyyətlərinin həyata keçirilməsində, eləcə də icraçı direktorun vəzifəyə təyin edilməsi və azad edilməsində müvafiq icra hakimiyyəti oqranının (Maliyyə Bazarlarına Nəzarət Palatasının) fəaliyyətinin təmin edilməsindən ibarətdir.
Dəyişikliyə əsasən, Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının 1 nümayəndəsi, Mərkəzi Bankın 1 nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının 3 nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların 2 nümayəndəsi daxildir. Bundan əvvəl isə maliyyə bazarlarına nəzarət orqanının 2 nümayəndəsi, AMB-nın 1 namyəndəsi, müvafiq icra hakimiyyətinin 2 nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların 2 nümayəndəsi daxil edilirdi.
Digər dəyişikliyə əsasən, icraçı direktor və onun müavini müvafiq icra hakimiyyəti orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən vəzifəyə təyin ediləcək və azad ediləcək. Bundan əvvəl isə vəzifəyə təyinat və azad edilmə HŞ tərəfindən həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
16 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 57 d. əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 4 saat əvvəl
- 4 saat əvvəl