Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda adambaşına xarici borc 1%-dən çox artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda adambaşına xarici borc 1%-dən çox artıb

1 aprel 2017-ci il tarixinə Azərbaycanda admbaşına xarici borc 713,5 dollar təşkil edir, bu da cari ilin əvvəlinə olan göstəricidən 1,2% çoxdur.  

 

Reklam_3_11

“2017-ci il aprelin əvvəlinə imzalana kredit sazişləri üzrə Azərbaycanın xarici borcu  11,1 mlrd. dollar, faktiki mənimsənilmiş (istifadə edilmiş) məbləğ  7 mlrd. dollar və ya ÜDM-in 18,1%-ni təşkil edir”, - hökumətdən bildiriblər.

 

Birinci rübdə Azərbaycan imzalanan kredit sazişləri üzrə 83,2 mln. Dollar vəsaiti sərf edib.

 

“Xarici borc üzrə alınan kreditlərin 7,5%-i Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (SDR), 76,7%-i ABŞ dolları, 11,8%-i avro, 2,4%-i Yaponiya yeni, 1,6%-i isə digər valyutaların payına düşüb. Kreditlərin 32,1%-i sabit dərəcə ilə cəlb olunub”, - hökumətdən vurğulayıblar.

 

Bununla belə, kreditlərin 57,3%-i - 10 ilə qədər olan müddətə, 38,8%-i - 10-20 il müddətə, 3,9%-i - 20 ildən yuxarı olan müddətə cəlb edilib. 

 

BORC DAHA DA ARTACAQ

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci ilin dövlət büdcəsində xarici borc limitinin 500 mln. manatdan 4,5 mlrd. manatadək artırılmasını nəzərdə tutan dəyişikliklər qəbul edilib.

 

“Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması proqramı çərçivəsində dövlət bankın 2 mlrd. 383,4 mln. dollar məbləğində öhdəliklərini öz üzərinə götürəcək. Bununla əlaqədar avrobondların buraxılması planlaşdırılır. Buna görə 2017-ci ilin büdcəsində təsdiqlənmiş xarici borc limiti 4 mlrd. manat artırılaraq 4,5 mlrd.-a çatdırılacaq”, - deyə maliyyə naziri Samir Şərifov bildirib.

 

Bundan başqa, Fransa İnkişaf Agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-yə 112,5 mln. avro məbləğində kredit ayıracaq. Vəsait Azərbaycanda iki lokomotiv deposunun tikintisinə yönəldiləcək.

 

SEMİNARA QATIL, PUL QAZANMAQ SƏNƏTİNİ ÖYRƏN VƏ QAZAN

 

© İnterfaks-Azərbaycan 

01.07.2017 06:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ