Bolqarıstanın Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır
İqtisadiyyat naziri Şahin Mustafayev Bolqarıstan Parlamentinin Büdcə və Maliyyə üzrə Komissiyasının sədri xanım Menda Stoyanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev dövlət başçılarının ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətlidir. Ötən il keçirilmiş Azərbaycan-Bolqarıstan biznes forumu iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayıb. Azərbaycanda Bolqarıstan kapitallı 9 şirkət fəaliyyət göstərir.
Görüşdə həmçinin, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Nazir Şahin Mustafayev Azərbaycanın əlverişli biznes və investisiya mühitini qeyd edərək, iqtisadi əlaqələrin inkişafı, xüsusilə energetika, təhsil, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb. Bolqarıstan iş adamları iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara investisiya yatıra bilərlər. Qeyd edilib ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir. Bolqarıstan Azərbaycanın tranzit imkanlarından yararlana bilər.
Bolqarıstan Parlamentinin Büdcə və Maliyyə üzrə Komissiyasının sədri xanım Menda Stoyanova Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Bolqarıstanın Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl