Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qətər: Özümüzü müdafiə etməyə hazırıq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qətər: Özümüzü müdafiə etməyə hazırıq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qətərin müdafiə naziri Xalid əl-Ətiyyə, "ölkəsinin lazım gəlsə özünü müdafiə etməyə hazır olduğunu" bildirib.


 
"Marja" xəbər verir ki, "Sky News Britain" kanalına danışan Ətiyyə, "Hərbi müdaxilə mərhələsinə gəlməyəcəyimizə ümid edirik, ancaq biz hər zaman hazırlaşmalıyıq. Ölkəmizi müdafiə etməyə hazırıq",- deyib.

Reklam_3_11


 
"Qətər tarix boyu asan udulan bir ölkə olmadığını göstərmişdir" ifadəsini işlədən Ətiyyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin tələblərinin ölkənin suverenliyinə təcavüz mənası daşıdığını bildirib.


 
Qonşu ölkələrin Qətərdəki mövcud rejimi dəyişdirməyə çalışdığı barədə suala Ətiyyə, "1996-da şiddətli, 2014-də yumşaq çevriliş cəhdləri oldu. 2017-də də yumşaq çevriliş cəhdi söz mövzusudur" cavabını verib.


 
Ətiyyə, blokada tətbiq edən ölkələrin Qətəri "terroru dəstəkləmək və ikili standart tətbiq etmək" ittihamlarını isə rədd edib:
 


Səudiyyə Ərəbistanı, BƏƏ, Yəmən, Misir və Bəhreyn 5 İyunda yaydıqları açıqlama Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiyini bildirmişdir. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndə, ölkələrinin hava məkanını Qətərə bağlayaraq, Qətərli diplomatların 48 saat ərzində ölkələrindən çıxmasını istəmişdi. Qətərə qarşı diplomatik mühasirəyə daha sonra başqa ölkələr də qoşulmuşdu.

03.07.2017 08:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ