Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

EUR/USD məzənnəsi 1.15-1.16 dollara kimi qalxa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
EUR/USD məzənnəsi 1.15-1.16 dollara kimi qalxa bilər

EUR/USD məzənnəsi 1.16$-a kimi də bahalaşa bilər. 

 

EUR/USD məzənnəsi keçən həftə 1.1445$-a kimi 2.5% bahalaşaraq, son 14 ayın maksimum səviyyəsini yeniləyib. Cari həftənin ilk sessiyasında avro/dollar valyuta cütlüyünün qiyməti qismən korreksiya etsə də, 1.14$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 1.1480, 1.1540 və 1.1600$-a kimi də bahalaşa bilər. Dünya birjalarında Amerika Mərkəzi Bankının (Fed) növbəti faiz artımı üzrə gözləntilərin azalması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də təzyiq etməkdədir.

 

Bu həftə maliyyə bazarlarında investorların diqqət mərkəzində olan önəmli fundamental məlumatlar isə çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq, FED-in toplantı protokolu və cümə günü saat 16:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı statistik göstəricilərdir.

 

BREKSİT və GBP 

 

GBP/USD valyuta cütlüyünün qiyməti də 1.30$-a kimi bahalaşıb və gələcək günlər ərzində 1.30$ ətrafında ticarət ediləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, Avropa Birliyi ilə İngiltərə arasında BREKSİT danışıqlarının nəticələri də böyük maraqla gözlənilir.

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

Türkiyə Mərkəzi Bankının sərt monetar siyasəti diqqət mərkəzində 

 

Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiymətinin isə 3.50 və 3.48TL-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Türkiyədə inflyasiyanın cari il ərzində 12%-ə kimi artması fonunda maliyyə bazarlarında Türkiyə Mərkəzi Bankının siyasətini sərtləşdirə biləcəyi gözləntiləri, Türk lirəsinin daha da bahalaşa biləcəyini gözləməyə əsas verir. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaq, Türkiyənin iyun ayı üzrə inflyasiya səviyyəsi də investorların diqqət mərkəzindədir.

 

Neftə olan tələb artıb - Brent nefti 49$

 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti gözlənildiyi kimi 49$-a kimi bahalaşıb. Dünya iqtisadiyyatında aktivliyin iyun ayında artması, neftə olan tələbin də artmasına təsir edir. Beləliklə, qiymətin gələcək günlər ərzində 46$ üzərində ticarət ediləcəyi və 51$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Qızılın qiyməti 1256$-a kimi bahalaşa bilər

 

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin son 9 ayın minimum səviyyəsinə kimi ucuzlaşması, əlvan metallar bazarlarında qızıl qiymətlərinin də bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. 1237$-ın (39.7 $/qram) üzərində ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1256$ (40.3 $/qram) kimi də bahalaşa bilər.

 

© İnvestAZ

03.07.2017 08:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ