Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Astarada dağ yollarının tikintisinə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Astarada dağ yollarının tikintisinə başlanılıb

Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinə start verilib.

 

Reklam_3_11

“Azəravtoyol” ASC-dən verilən görə, çətin dağlıq relyefə məxsus kəndlərarası avtomobil yolu “Hirkan” Milli Parkının ərazisindən keçir.

 

Uzunluğu 26 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun salınır. Burda layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla ümumi eni 10 metr təşkil edir. Bura 6 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr çiyinlər daxildir.

 

Hazırda yol boyu torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınır və əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq bərpa edilir.


Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır ki, asfaltlanacaq sahə 150 min kvadratmetrdən çoxdur.    


Bundan başqa, layihədə bir aşırımlı dəmir-beton konstruksiyalı 1 ədəd avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Körpü yolun 12,4-cü km-də yerləşəcək. Körpünün uzunluğu 28 metr, eni isə 6 metr olacaq. Görülən işlərə uyğun olaraq yol boyu atmosfer və dağ sularının ötürülməsi üçün müxtəlif diametrli su ötürücü borular quraşdırılıb.


Tikinti işləri bitdikdən sonra sözügedən yola 134 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.     


12  min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının yenidən qurulması vətəndaşların gediş-gəlişinin rahatlaşmasında, yük və sərnişin daşımasının yaxşılaşmasına gətirib çıxaracaq, həmçinin sözügedən ərazilərdə yeni turizm marşrutlarının yaranmasına bununla da turizmin inkişafına səbəb olacaq.

 

03.07.2017 08:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ