“Standard Insurance” siyahıdan çıxarıldı
“Standard Insurance” sığorta şirkətini sığorta agenti siyahısından çıxardıb.
AİF-in saytında dərc olunan məlumata görə, beləliklə fondun sığorta agentlərinin sayı 16-dək azalıb.
Öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bəyan edib ki, "Standard Insurance" sığorta şirkətinə kapitallaşma ilə əlaqədar verilmiş möhlət iyun ayında bitib.
Şirkətin məlumatına görə, hələlik kapital tənzimləyicinin tələblərinə uyğun səviyyədə artırılmayıb. Lakin bazarı tərk etmək niyyətində deyil və yaxın zamanda kapitalla bağlı problemi həll edəcək.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Şirkətin səhmdarı bir hüquqi şəxsdir, nizamnamə kapitalı 11 mln. manata bərabərdir. 1 yanvar 2017-ci il tarixinə şirkətin kapitalı 7 mln. 304,219 min manat təşkil edir və 2016-cı il ərzində 44,2% azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
16 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı