Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Füzuli rayonunda yeni aqropark yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Füzuli rayonunda yeni aqropark yaradılır

Füzuli rayonu ərazisində yeni aqroparkın yaradılmasına başlanılıb.

 

Reklam_3_11

Layihə rəhbəri Rəcəb Orucov  bildirib ki, “Füzuli Aqropark”ın yaradılmasında əsas məqsəd ölkəmizdə idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir.

 

2700 hektar ərazini əhatə edəcək aqroparkda müasir pivot suvarma sistemi qurulacaq. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək.

 

Birinci mərhələdə 1000 hektar sahə istifadəyə veriləcək ki, burada ölkəmizin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək.

 

Aqroparkın ərazisində, həmçinin 1000 başlıq müasir intensiv südlük istiqamətli heyvandarlıq kompleksi də yaradılacaq.

 

“Füzuli Aqropark”ın yaradılması layihəsinin icrasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditlərindən istifadə olunacaq.

 

Artıq layihənin icra olunduğu əraziyə 11 ədəd pivot sistem gətirilib. İnfrastrukturun yaradılmasına, pivotların montaj işlərinə başlanılıb. Layihənin həyata keçirildiyi ərazidəki təsərrüfat subyektləri ilə müqavilələr bağlanılıb, inventarizasiya aktları tərtib olunub. Onlara kompensasiya verilir və əmlakları müvafiq yerə köçürülür.

 

Aqroparkın yaradılması, eyni zamanda, məcburi köçkün ailələrin iş təminatı ilə bağlı sosialyönümlü bir layihədir. Belə ki, aqroparkın istifadəyə verilməsi ilə 80-ə yaxın məcburi köçkün işlə təmin olunacaq.

 

Layihənin birinci hissəsinin bu il, bütövlükdə isə 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

 

© Azərtac

03.07.2017 16:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ