Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Neft daha da yüksələ bilər" - 56 dollara çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft daha da yüksələ bilər" - 56 dollara çıxdı

Neft qiymətləri, böyük istehsalçı ölkələrin hasilatın azaldılmasının qiymətləri yüksəldəcəyinə dair nikbin olmaları ilə, ötən ilin İyul ayından bu yana ən yüksək səviyyəyə yaxınlaşıb.


 
"Marja" xəbər verir ki, Venesuelanın neft naziri Eologio Del Pino, Çərşənbə günü dövlət televiziyasına verdiyi açıqlamada, hasilatın azaldılması razılaşmasının tətbiq olunmağa başlaması ilə birlikdə, xam neft ehtiyatlarının azalacağını və qiymətlərin sabitləşəcəyini bildirib.  

Reklam_3_11

 


OPEC və aralarında Rusiyanın da olduğu digər 11 istehsalçı ölkə Yanvar ayından etibarən hasilatı gündəlik 1.8 milyon barrel azaltmaq məsələsində razılığa gəlmişdilər.

 

 
Neft İxrac Edən ölkələr Birliyinin (OPEC) ötən ay səkkiz il sonra ilk dəfə istehsalı azaltmaq məsələsində razılığa gəlməsindən bu yana neftin bareli 50 dollar səviyyəsinin üzərində qalır. Bazar indi diqqətini OPEC-in razılaşmaya riayət edib-etməyəcəyi məsələsinə çevirib. OPEC-in Baş katibi Mohammad Barkindo, OPEC və tərəfdaşlarını  izləmək və istehsalçıların öhdəliklərinə riayət etməsini təmin etmək üçün bir komitə yaradıldığını qeyd edib.

 

 
"Neft daha da yüksələ bilər, çünki OPEC üzvlərinin istehsalın azaldılmasını diqqətli və səbrli şəkildə tətbiq edəcəkləri gözlənilir. Bundan başqa, istilik yanacağı üçün qış dövrü tələbi də var. Bu da neft üçün tələbi artıra bilər",- analitiklər bildirirlər.

 

56 DOLLARA ÇIXIB


 
Bakı vaxtı ilə 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 1,4% bahalaşaraq  53.77 dollardan, Brent nefti  Londonda  ICE Futures Europe birjasında 1,5% bahalaşaraq 55.96 dollardan alıcı tapıb. Brent nefti gecə saatlarında 56,23 dolları görüb.

28.12.2016 05:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ