Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Səudiyyə Ərəbistanı üçün də noutbuk qadağası ləğv edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı üçün də noutbuk qadağası ləğv edilir

Səudiyyə Ərəbistanı Hava Yolları (Saudia), ABŞ-a həyata keçirilən birbaşa uçuşlarda tətbiq olunan kabinədə noutbuk və digər böyük elektron cihazlar qadağasının 19 İyul 2017 tarixində ləğv ediləcəyini gözlədiklərini açıqlayıb.


 
Səudiyyə Ərəbistanının dövlət nəzarətindəki informasiya agentliyi SPA tərəfindən yayılan məlumata görə, ölkənin mülki aviasiya təşkilatı GACA, ötən həftə Amerika Birləşmiş Ştatları Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən elan edilən yeni təhlükəsizlik tədbirlərinə riayət edəcəyini və tətbiq edəcəyini bildirib.


 
"Saudia" paytaxt Ər-Riyad  ilə bərabər, Ciddə şəhərindən də ABŞ-a birbaşa uçuşlar həyata keçirir.


 
 THY VƏ EMIRATES NÖVBƏDƏDİR


 
Qeyd edək ki, sözügedən qadağa Birləşmiş Ərəb Əmirliklərinin "Etihad" şirkəti üçün ötən bazar günü qaldırılmışdı.


 
Türk Hava Yollarına qarşı qadağanın da sabahdan ləğv ediləcəyi gözlənilir.  "Emirates" üçün də bənzər qərar gözlənir.
 


Məlum olduğu kimi ABŞ, mart ayında 8 ölkədəki 10 hava limanından ölkəyə həyata keşirilən birbaşa uçuşlarda terror təhdidi səbəbindən kabinə içində kompüter və müəyyən elektron cihazların daşınmasını qadağan etmişdi. Sözügedən ölkələr Misir, Mərakeş, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Küveyt və Qətər idi.

04.07.2017 14:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ