Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda daha bir sığorta şirkətinə lisenziya verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda daha bir sığorta şirkətinə lisenziya verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyəti üçün lisenziya verib.

 

Bu barədə MBNP-ya istinadən xəbər verilir.

 

Məlumata görə, lisenziya bu il mayın 12-də 5 il müddətinə verilib.

 

Xatırladaq ki, “Naxçıvansığorta”nı 2014-cü ildə “Naxçıvanbank” ASC təsis edib. Nizamnamə kapitalı 5,5 mln. manat olan şirkətin hüquqi ünvanı bankla eyni – Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi,7-dir.

 

“Naxçıvansığorta” indiyə qədər “Naxçıvanbank”ın müştərilərinə qeyri-qanuni sığorta xidməti göstərib. Bu faktı ictimailəşdikdən sonra MBNP şirkətlə bağlı araşdırmalara başlayıb, amma bunun nəticəsi barədə ictimaiyyətə məlumat verilməyib. Təxminən 2 ay bundan əvvəl isə Palata “Naxçıvansığorta”ya qanuni fəaliyyət göstərməyə icazə verib.

 

Vergilər Nazirliyi yanında Kommersiya qurumlarının Dövlət Reyestrində “Naxçıvansığorta”nın qanuni təmsilçisinin İsa İsayev (“Naxçıvanbank”ın İdarə Heyətinin sədr müavini) olduğu qeyd edilsə də, Palata şirkətə Bəxtiyar Məmmədovun rəhbərlik etdiyini bildirir.

 

© Report

04.07.2017 16:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ