Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu il fasiləsiz rejimdə fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il fasiləsiz rejimdə fəaliyyət göstərəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müəssisənin istehsal sahələrində 600 nəfər daimi işlə təmin olunacaq

 

Reklam_3_11

Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı sayəsində son illər ölkəmizdə ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-nin fəaliyyətinin canlanmasına çox böyük təsir göstərir. Uzun illər fasilədən sonra 2016-cı ildə respublikamızda 71 ton yaş baramanın istehsal olunması nəticəsində müəssisənin xammala olan tələbatı qismən də olsa ödənilmiş, əsas istehsal sahələrinin fəaliyyəti bir neçə aylıq bərpa olunmuşdu.

 

Bu il respublikamızda barama istehsalının əvvəlki illə müqayisədə bir neçə dəfə artması onu deməyə əsas verir ki, cari ildə müəssisənin xammal sarıdan heç bir problemi olmayacaq.

 

Müxbir  müəssisədə olub, istehsal sahələrinin işi ilə maraqlanıb.

 

“Şəki-İpək” ASC-nin idarə heyəti sədrinin müşaviri Teymur Musayevin bildirdiyinə görə, indiyədək respublikamızda 242 ton yaş barama məhsulu istehsal olunub. Hazırda bəzi rayonlarda barama tədarükü davam edir. Rayonlardan tədarük olunan barama əvvəlcə müəssisənin xammal şöbəsinə gətirilir, çeşidlənir, baramanın boğulması prosesi aparılır və yaş barama qurudulmaq üçün yenidən rəflərə (tərəcələrə) yığılır. Baramanın ilkin emalı, yəni boğulması prosesi artıq tam başa çatıb. İyulun 3-dən müəssisənin baramaaçan istehsalatı fəaliyyətə başlayıb.

 

Teymur Musayev qeyd edib ki, növbəti mərhələdə, yəni yaxın günlərdə müəssisənin toxucu və burucu istehsalatlarının da fəaliyyəti bərpa olunacaq. Cəmiyyətin rəsmisinin dediyinə görə, bu il respublikamızda istehsal olunan barama məhsulu imkan verəcək ki, müəssisədə bir il müddətinə fasiləsiz iş rejimi təmin olunsun. Yəni, mövcud xammal ehtiyatı ilə müəssisənin baramaaçan, toxucu, burucu və kəlağayı istehsalatları bir il fasiləsiz işləyəcək və bu istehsal sahələrində 600 nəfər daimi işlə təmin olunacaq.

 

Baramaaçan istehsalatının meneceri Əsabəli Nəzərov  bildirib ki, hazırda istehsalatda olan 160 mexaniki dəzgahın hamısı işlək vəziyyətdədir. Bütün dəzgahlar işçi qüvvəsi ilə təmin olunub. Yaxın günlərdə avtomat dəzgahlar da işə salınacaq və orada əlavə 150 nəfər işlə təmin ediləcək.

 

Menecerin sözlərinə görə, ötən il baramaaçan istehsalatında 9 ton yüksək keyfiyyətli xam ipək istehsal olunub. Bu il isə xam ipək istehsalının 30 tona çatdırılması nəzərdə tutulur.

 

© Azərtac

05.07.2017 09:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ