Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Volvo-dan radikal qərar!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Volvo-dan radikal qərar!

Volvo radikal bir qərarla 2019-ci ildən etibarən istehsal ediləcək bütün modellərində elektrik mühərrikin olacağını açıqlayıb. Şirkət 2021-ci ilə qədər yalnız elektriklə işləyən 5 yeni modeli bazara çıxardacaq.
 

"Marja" xəbər verir ki, Volvo-dan bu mühüm qərarla bağlı edilən açıqlamada, elektrik mühərriklərin şirkətin gələcək işinin əsas hissəsi olacağı qeyd olunub.

Reklam_3_11


 
Volvo-nun elektromobilləri içərisində tamamilə elektriklə çalışanlar ilə bərabər hibrid modellər də yer alacaq.


 
Digər tərəfdən, Volvo, 2019-2021-cu illər arasında yalnız elektiriklə işləyən 5 yeni modeli bazara çıxardacaq. Bu modellər arasında XC90 SUV-nin tamamilə elektrikli bir versiyasının da olacağı gözlənilir.


 
1 MİLYON ƏDƏDLİK SATIŞ HƏDƏFİ


 
Volvo-nun rəhbəri Hakan Samuelsson, istehlakçıların elektirikli vasitələrə tələbatının getdikcə artdığına diqqət çəkərək, "İstehlakçıların həm mövcud, həm də gələcək tələblərini ödəmək istəyirik. İstehlakçılar hansı elektirikli Volvo-nu istəsə seçəcə biləcək" deyib.


 
Yanma mühərriklərlə işləyən avtomobillərin istehsalının sona çatacağını qeyd edən Samuelsson, 2025-ci ilin sonuna qədər 1 milyon elektromobil satacaqlarını qeyd edib.

05.07.2017 09:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ