Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sahibkarlara 1,3 mln. manat ixrac təşviqi ödənilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlara 1,3 mln. manat ixrac təşviqi ödənilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin ötən 6 ayı ərzində sahibkarlara 1,3 mln. manat həcmində ixrac təşviqi ödənilib.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

 

Həmçinin, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər ayrılır.

 

 

Qeyd edək ki, İyulun 5-də Bakı Biznes Mərkəzində AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların qlobal dəyər zəncirlərinə inteqrasiyası, istehsal etdikləri məhsulların rəqabət qabiliyyətinin artırılması, kiçik və orta sahibkarların Avropa İttifaqı idxalçıları ilə əlaqələrinin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi və s. nəzərdə tutulur.

 

Qeyd edək ki, ixrac təşviqi - Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vəsaitdir.  İxrac təşviqinin baza məbləği, ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin  3 faizini təşkil edir.

05.07.2017 10:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ