Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Fed-də fikir ayrılığı yaranıb- PROTOKOLLAR AÇIQLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-də fikir ayrılığı yaranıb- PROTOKOLLAR AÇIQLANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fed protokolları: Fed balansın nə vaxt azaldılacağı məsələsində bölünmüş vəziyyətdədir
 

Fed-in iclas protokollarına görə, Fed-in pul siyasəti komitəsi bölünmüş vəziyyətdədir. Komitə üzvləri İyun ayında, olduqca böyük məbləğlərə çatmış balansı nə vaxt kiçiltməyə başlayacaqlarına dair (tarix məsələsində) razılığa gələ bilməyiblər.


 
"Marja" xəbər verir ki, Çərşənbə axşamı Vaşinqtonda açıqlanan 13-14 İyundakı Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarına  görə, "Bəzi şəxslər prosesin başlanacağı tarixin bir neçə ay ərzində elan edilməsinin" və digər bəziləri isə, qərarın ilin sonrakı dövrlərinə təxirə salınmasının tərəfdarıdır. İkincilər, iqtisadi fəallıq və inflyasiya mənzərənin dəyərləndirilməsi üçün əlavə vaxt qazanılmasını istəyirlər.


 
Fed-in pul siyasəti komitəsinin üzvləri, İyun ayında faizi bu il ikinci dəfə artırmış və 1 - 1.25 faiz aralığına qaldırmışdılar. Və etdikləri açıqlamada, pul siyasətini "ekspansionist" kimi xarakterizə etmişdilər.

 

Protokollara görə, rəsmi şəxslər, faizin mərhələli artırılmasının tərəfdarı olduqlarını qeyd ediblər.

 

Fed rəsmiləri sözügedən iclasda balans siyasətini yeniləyib və balansın azaldılmasının mərhələli olacağı şəklində bir yol müəyyən edib. ABŞ Mərkəzi Bankı, 4.5 trilyon dollara çatan balansı, uzunmüddətli faizləri sarsıtmadan azaltmağa başlamaq istəyərkən, siyasət faizini mərhələli yüksəltmək istəyir. Protokollar, Fed rəsmilərinin balansı kiçiltməyə bu il başlamaq istədiklərini göstərib.

 

İyun ayında Fed, xəzinə istiqrazlarında ödəmə vaxtı çatanları ilk əvvəl hər ay 6 milyard dollar azaldacağını, sonra 12 ay ərzində üç aydan bir bu məbləği aylıq cəmi 30 milyard dollara çatana qədər aylıq 6 milyard dollar artıracağını qeyd edib.  

 
Özəl sektor və əmlak təminatı olan istiqrazlarda bu azaltma aylıq 4 milyard dollarla başlayacaq, 12 aylıq dövrdə, hər üç aydan bir, aylıq cəmi 20 milyard dollara çatana qədər, aylıq 4 milyard dollar artırılacaq.

 

Fed-in balansını azaltması dövriyyədəki Dollar kütləsinin bir hissəsini geri yığıması deməkdir. Bu prosesin başlaması Dolların bahalaşmasına təkan verə bilər.

 

Protokollar açıqlandıqdan sonra qlobal birjalarda Dollar bahalaşıb.

05.07.2017 20:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ