"KPMG-nin Azərbaycandakı fəaliyyəti ciddi araşdırılmalıdır" - Auditorlar Palatasına müraciət
"Bank Standard"ın Kreditorlar Komitəsinin yekdil qərarı ilə sədr Əkrəm Həsənov "KPMG" audit şirkəti ilə bağlı Auditorlar Palatasına, eləcə də İsveçrə və Niderland səfirliklərinə məktub göndərib.Bu barədə hüquqşünas açıqlama verib.
Bildirib ki, "KPMG" maraqlar münaqişəsinə baxmayaraq "Bank Standard"ın qalıq əmlakını da qiymətləndirib:
"Məlum olduğu kimi, ölkə tarixində müflis olmuş 2 ən iri şirkətin - "Bank Standard" və "Texnikbank"ın kənar auditoru məhz KPMG olub. Nəticədə həmin banklara pulunu etibar etmiş şəxslər 1 mlrd. manatdan çox vəsaitini itirmək təhlükəsi ilə üzləşib. Üstəlik həmin bu KPMG maraqlar münaqişəsinə baxmayaraq "Bank Standard"ın qalıq əmlakını da qiymətləndirib və buna görə əlavə haqq da alıb. KPMG-nin Azərbaycandakı fəaliyyəti ciddi araşdırılmalıdır".
Ə.Həsənov hesab edir ki, bu baxımdan Auditorlar Palatasının və sözügedən ölkələrin də işə qarışması vacibdir.Qeyd edək ki, sözügedən audir şirkəti İsveçrədə qeydiyyatdan keçib. Baş ofisi isə Niderlandda yerləşir.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
16 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 16 saat əvvəl