Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yığımına start verilib, ikinci çörək boldur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yığımına start verilib, ikinci çörək boldur

Ağstafada kartof yığımına start verilib. Torpaq sahibləri elə ilk yığımdan nikbindirlər. Məhsulun bol olması onları növbəti mövsümdə kartof sahələrini artırmağa həvəsləndirir.

 

Vaxtında aparılan aqrotexniki qulluq, fermerlərin torpağa bağlılığı və bu sahəyə göstərilən dövlət qayğısı elə yığılan məhsulun bolluğundan müşahidə olunur. Torpaq sahiblərinin üzü gülür, çünki bu il sahələrdən ötən ilkindən xeyli çox kartof götürülür. Əvvəllər əsasən qərb bölgəsində Tovuz və Gədəbəydə kartof becərilirdisə, indi qonşu rayonlarda da bitkinin kütləvi becərilməsi həyata keçirilir. Ağstafada da kartofçuluq üzrə ixtisaslaşma gedir və təsərrüfatçıların bu sahədə təcrübəsi, səriştəsi getdikcə artmaqdadır. Qırılı kəndində traktorla yığımı aparılan kartof da həm məhsuldarlığı, həm də keyfiyyəti ilə seçilir.

 

Təsərrüfat sahibi Ülfət Zeynalabdıyev deyib: “Beş hektara yaxın sahədə kartof əkmişik. Keçən ilə nisbətən bu il məhsuldarlıq 20-30 faiz çoxdur. Ötən il hektardan 20 ton məhsul götürmüşdüksə, bu il 30 tona çatır. Gələcəkdə əkin sahələrini 10 hektara çatdıracağıq.”

 

Məhsul əl ilə yığıldıqda itkiyə məruz qalırdısa, indi bu proses texnikalarla həyata keçirilir. Kartofun satışında da problem yoxdur. Fermerlər elə sahədə alıcılar ilə sövdələşib məhsullarını satırlar. Eyni zamanda, yerli və paytaxt bazarlarına da satış üçün kartof göndərilir. Qeyd edək ki, vaxtilə bəzi sahələrdə kartof dəmyə üsulu ilə becərilirdi və məhsul da əldə etmək çətin olurdu. İndi isə müasir texnologiya - yağış yağdırma üsulu ilə kartof becərilir və məhsuldarlıq da sahibkarların ürəyincədir. Suvarmada çətinliyin yaşanmaması sonda məhsulun bolluğuna səbəb olur. Bu da fermerləri torpağa bağlayır, onların növbəti ildə daha geniş sahələrdə bu bitkinin becərilməsinə maraq yaradır.

 

© Azərtac

06.07.2017 09:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ