Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avropanın iri bankı neft qiymətlərilə bağlı proqnozlarını pisləşdirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropanın iri bankı neft qiymətlərilə bağlı proqnozlarını pisləşdirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya bazarında "WTI" markalı neftin qiyməti 40 dollar/barelə və ya daha aşağı enərsə, o zaman ABŞ-da aktiv neft quyularının sayında artım prosesi dayana bilər.

 

Belə bir proqnoz "Deutsche Bank"ın analitikləri tərəfindən verilib. 

 

Analitiklər bu ehtimalı onunla izah edirlər ki, neftə tələbat sabit qalmaqda davam edəcək, lakin OPEC və ona üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı növbəti dəfə uzatmayacaq. Bu səbəbdən hazırda neftin qiyməti elə bir səviyyəyə enmək istəyir ki, bu səviyyədə ABŞ-da aktiv neft quyularının sayı artmasın.

 

Məhz ötən həftə "WTI" markalı neftin qiymətinin 42 dollar/barelə enməsi ilə bərabər ABŞ-da aktiv neft quyularının sayı 23 həftəlik artımdan sonra 2 ədəd azalma göstərib. Bu da onu göstərir ki, neft bazarında önəmli hadisələr baş verməsə, neftin qiyməti 40-50 dollar/barel diapazonunda dəyişəcək. Qiymət artımı isə dünya neft hasilatında hər hansı bir problemlə mümkün ola bilər. Azalma isə Liviya, Nigeriya və ABŞ-da neft hasilatının artması, həmçinin OPEC anlaşmasının bitməsi nəticəsində baş tuta bilər.

 

"Deutsche Bank" həmçinin neftin qiyməti üçün verdiyi proqnozları aşağı salıb. Belə ki, "Brent" markalı neft üzrə 2018-ci il üçün 63 dollar/barel olan orta qiymət proqnozu 54 dollar/barelə, 2019-cu il üçün 65 dollar/barel olan proqnoz 56 dollar/barelə, uzunmüddətli perspektiv üçün isə 65 dollar/barel olan proqnoz 60 dollar/barelə endirilib.

 

 © Report, Forexpf

06.07.2017 09:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ