Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azercell-lə peşəkar karyeraya ilk addımlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-lə peşəkar karyeraya ilk addımlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azercell Telekom MMC 2017-ci ilin Yay Tələbə Təcrübə Proqramına qəbul edilən tələbələrlə görüş keçirib.

 

Tədbirdə proqram qalibləri ilə yanaşı, Azercell şirkətinin əməkdaşları, təcrübəçilərin gələcək mentorları, həmçinin Təhsil Nazirliyi SABAH qrupları nümayəndələri də iştirak ediblər. Görüşün məqsədi tələbələrə təcrübə proqramı və planlarını nümayiş etdirmək, gələcək karyeralarında uğur qazanmaq üçün müəyyən tövsiyyələr vermək idi.

 

Xatirladaq ki, bu il ilk dəfə olaraq Təhsil Nazirliyi SABAH qrupları və Azercell Telekom MMC arasında imzalanmış memorandum çərçivəsində Azercell Yay Tələbə Təcrübə Proqramı SABAH qrup tələbə və məzunlarını də əhatə edib. SABAH qruplarından 10, ümumillikdə isə Azərbaycanın fərqli ali təhsil ocaqlarından 29 tələbə Yay Tələbə Təcrübə Proqramında iştirak hüququnu qazanıb.

 

Məlumat üçün bildirək ki, Yay Tələbə Təcrübə Proqramı tələbələrə telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Proqram çərçivəsində mərhələlərlə seçilən gənclər şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 17-i isə şirkətdə işlə təmin olunublar.

06.07.2017 09:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ