Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ödənişi yığımını üstələyən sığorta şirkətlərinin sayı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ödənişi yığımını üstələyən sığorta şirkətlərinin sayı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərmiş 23 sığorta şirkəti (bunlardan 2-si - “Azərqarant” və “Beynəlxalq Sığorta” ASC-lər ləğvetmə prosesindədir) topladığı 240,1 mln. manat sığorta haqqının 97,9 mln. manatını, yəni 40,8%-ni müştərilərinə ödəniş kimi geri qaytarıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz bəndi çoxdur.

 

Bir il öncə bazarda mövcud olmuş 25 sığorta şirkətinin (bunlardan 2-si - “Alfa Sığorta” və “Buta Sığorta” ASC-lər bazarı tərk edib) daxilolmaları 242,1 mln. manat təşkil edib ki, bunun da 87,6 mln. manatı və ya 36,2%-i ödənişə yönəldilib.

 

Palatanın açıqladığı statistika göstərir ki, son bir ildə Azərbaycanda ödənişi yığımını üstələyən sığortaçıların sayı artıb. Belə ki, ötən ilin 5 ayının yekununda ödəniş/yığım nisbəti 100%-i keçən 3 şirkət olubsa, bu ilin 5 ayında yığdığından çox ödəyən şirkətlərin sayı 6 olub.

 

Qeyd edək ki, son bir ildə sığortaçıların ümumi sayı 25-dən 23-ə düşüb. Yəni, “xərci borcunu ödəməyən” şirkətlərin payı illik müqayisədə 12%-dən 26%-ə yüksəlib.

 

Xatırladaq ki, “Azərqarant” və “Beynəlxalq Sığorta” şirkətləri hesabat dövründə sığorta haqqı ödəmədikləri üçün onların ödəniş/yığım nisbətini hesablamaq mümkün deyil. Sözügedən göstərici sığorta şirkətlərindən 3-də – “Xalq Sığorta”, “AXA-Mbask” və “Azərbaycan Sənaye Sığorta” ASC-də 50-75%, 6 şirkətdə - “Azərsığorta”, “Atəşgag Sığorta”, “Standard Insurance”, “Atasığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-də 25-50%, 6 şirkətdə - “PAŞA Sığorta”, “PAŞA Həyat Sığorta”, “Silkway Insurance”, “Meqa Sığorta”, “Günay Sığorta” və “Qala Sığorta” ASC-də isə 25%-dən də aşağıdır.

 

Sonda onu da bildirək ki, dünya təcrübəsində sığorta şirkətlərinin topladıqları sığorta haqlarının 60-65%-dən aşağı və yuxarı hissəsini ödənişə yönəltməsi normal hesab olunmur. Adətən xarici sığortaçılar yığımının 25-30%-ni xərclərə yönəldir, təxminən 10%-ni mənfəət kimi götürür, qalan hissəsini isə müştərilərinə geri qaytarır.

 

© Report

06.07.2017 12:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ