Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

112 mənzilli bina sökülür, sakinlər narazıdır - Video

iç səhifə xəbər başlığı altı (mobil)_31
112 mənzilli bina sökülür, sakinlər narazıdır - Video

Yasamal rayonu, Şərifzadə 174 ünvanında yaşayan sakinlər binalarının sökülməsindən narazıdır.

 

Bununla bağlı müraciət edən bina sakini Müşfiq Əhədov qeyd edib ki, “Qismət-M Construction” MMC  112 mənzilli binanı qanunsuz olaraq sökmək istəyir: “Bu gün artıq heç bir sakinin icazəsi olmadan bina hasara alınıb. Şirkət binanı pilot layihə çərçivəsində sökəcəyini bildirir. Ancaq onların müqavilə şərtləri mövcud pilot layihələrin şərtləri ilə eyni deyil. Zəlzələ, tufan, fors major hadisələr zamanı şirkətin heç bir məsuliyyət daşımadığı müqavilənin birinci bəndində qeyd olunub. Üstəgəl  təklif etdikləri kirayə haqları da xeyli aşağıdır. Bu şirkət bizim  mülkiyyət hüququmuzu qanunazidd şəkildə pozur. Rəhbərlərinin kim olduğunu da demirlər. Bir rəhbəri bəlli olmayan şirkətə necə inana bilərik?”. 

 

Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlanıb. Şirkətin əməkdaşı Əkbər Həsənov sakinlərin narazılığına heç bir əsas olmadığını bildirib: “Kimin nə sözü varsa ofisə yaxınlaşıb məsələni aydınlaşdıra bilər. Bu, bir pilot layihədir. Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. Həmin ərazidə də pilot layihə çərçivəsində yeni bina inşa etmək bizim şirkətə həvalə olunub. Hər yerindən duran şirkətə pilot layihənin icrası həvalə olunmur. Şirkətə isə yeni rəhbərlik təyinatı hələ baş tutmayıb”.

 

© “Qafqazinfo”

06.07.2017 14:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ