Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dollar ilə bağlı kritik məlumatlar açıqlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar ilə bağlı kritik məlumatlar açıqlanacaq

 

Bu gün Bakı vaxtı ilə saat 16:30-da investorların bir həftədir böyük maraqla gözlədikləri, Amerikanın əmək bazarı ilə bağlı statistik məlumatlar açıqlanacaqdır

Reklam_3_11

 

Amerikanın əmək bazarında internet texnologiyaları sahəsində ixtisaslaşan kommersiya təşkilatının (ing.: "Automatic Data Processing, ADP") cümə axşamı yayımladığı məlumatlarda ABŞ-da qeyri-kənd təsərrüfatı sahələrində məşğulların sayı iyun ayında 158 000 nəfər artıb. Bu isə may ayının 230 000 nəfərlik artım sayından və maliyyə bazarlarında gözlənilən 185 000 nəfərlik artım sayında çox aşağıdır. Beləliklə, göstərici cari ilin minimum səviyyəsinə kimi azalmaqla yanaşı, Amerikanın əmək bazarında müşahidə edilən yaxşılaşmanın dinamikasında da azalmanı göstərir.

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

Cümə axşamı açıqlanan "ADP" göstəricisi hökümətin bu gün açıqlamalı olacağı məlumatdan (işsizlik və qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayında dəyişiklik göstəricisi (ing.: "Nonfarm Payrolls, NFP") 1-2 gün öncə dərc olunur və investorlar üçün yaxşı proqnoz hesab olunur. Maliyyə bazarlarında isə mütəxəssislər ABŞ-ın qeyri-kənd təsərrüfatı sahələrində iş tapanların sayında (ing.: "NFP") artımın iyun ayında 179 000 nəfər olacağını proqnozlaşdırırlar. May ayında isə "NFP" üzrə artım 138 000 nəfər olmuşdur. Ümumiyyətlə, Amerikanın işsizlik səviyyəsi son 16 ilin minimum səviyyəsinə kimi azalsa da, iş yerlərinin artım dinamikası keçən ilin iyun ayından etibarən 292 00 nəfərdən 11 000 nəfərə kimi azalıb. Bu göstərici hətta 2015-ci ilin noyabr ayında 353 000 nəfərə çatırdı.

 

Beləliklə, son müddət Amerika iqtisadiyyatında inflyasiyanın FED-in 2%-lik hədəfindən uzaqlaşması ilə bərabər, yeganə müsbət tendensiya müşahidə edilən işsizlik səviyyəsi fonunda şübhələr də arta bilər. Lakin yenə də bu gün açıqlanacaq əmək bazarı ilə bağlı rəsmi statistik məlumatları gözləmək və sürprizlərə hazır olmaq lazımdır. 

 

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti gözlənildiyi kimi ucuzlaşmaqda davam edir. Belə ki, dollar indeksi cari həftə ərzində 1.0%-ə kimi ucuzlaşıb. Foreks bazarlarında dolların ucuzlaşması, avronun da 1.1424$-a kimi bahalaşmasına təsir edib və yenidən 1.1445$ kimi bahalaşarsa, əlavə olaraq 1.1540$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.

 

© İnvestAZ

07.07.2017 10:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ