Mədəniyyət və Turizm Nazirliyi Caspian American Forumu rəsmi şəkildə dəstəkləyir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi dekabrın 6-da Bakıda keçiriləcək Caspian American Foruma rəsmi dəstək göstərəcək.
Bu barədə məlumat Nazirlikdən Caspian American Club rəhbərliyinin adına ünvanlanmış rəsmi cavab məktubunda öz əksini tapıb.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, “Caspian American Forum – 2017”də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu ölkələrini təmsil edən şirkətlərin 300-dən artıq nümayəndəsi iştirak edəcək. Telman Əliyev qeyd edib ki, bu forum Xəzər regionu, Şimali və Cənubi Amerika ölkələrinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanı rolunu oynayacaq.
Forumun birinci sessiyası enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ enerjinin inkişafına həsr olunacaq.
Forumun ikinci sessiyasında qeyri-neft sektorunun, xüsusilə maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat və İKT-nin bu gün üçün aktual olan layihələrinə toxunulacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl