Əhali kartı pulsuz alacaq
Kapital Bank VISA ödəniş kartı üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda debet kart təklif edir.
“Müştərilər hesaba minimum 20 AZN ilkin mədaxil etməklə xüsusi dizaynlı Visa kartını pulsuz alacaqlar. Hesaba mədaxil edilən vəsait isə daha sonra müxtəlif nağdsız ödənişlər üçün istifadə edilə və ya bankomatlarımızdan nağdlaşdırıla bilər”,- Bankın məlumatında deyilir.
Müştərinin istəyinə əsasən bu kartı cəmi 10 dəqiqə sərf etməklə yerində adsız və ya 3 gün ərzində adlı almaq mümkündür. Kart manat, dollar və ya avro valyutasında 2 il müddətinə Kapital Bank filiallarında sifariş edilə bilər.
Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
-
16 d. əvvəl
Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim
- 16 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları cüzi artıb
-
29 d. əvvəl
Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı başlayıb
-
41 d. əvvəl
Şərqi Zəngəzurda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti gəlir və xərclərini açıqladı
- 45 d. əvvəl
- 52 d. əvvəl
-
56 d. əvvəl
Venesuela prezidenti minimum əmək haqqını 130 dollara qaldırıb
-
58 d. əvvəl
Moskva birjasında hərracların açılışında dolların məzənnəsi yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl