Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İki nəfərin öldüyü istirahət mərkəzi kimindir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki nəfərin öldüyü istirahət mərkəzi kimindir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, İsmayıllıda yerləşən “Green House” istirahət mərkəzində faciə baş verib.

 

Reklam_3_11

Sözügedən məkanın hovuzunda 4 nəfəri elektrik cərəyanı vurub.

 

Nəticədə Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Emin Zakir oğlu Adıgözəlov , Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Gülhüseyn Xaliqverdi oğlu Quliyev dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Eltəkin Məhəddin oğlu Ömərov və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Mahir oğlu Əliyev isə xəstəxanaya çatdırılıb.

 

Xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti yaxşıdır. Bunu açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov deyib. Qurum rəsmisinin sözlərinə görə, xəsarət alan şəxslər digər iki nəfəri xilas etmək üçün hovuza tullanıb:

 

“Hələ ki, istintaq davam edir. Yalnız ondan sonra hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşacaq. İki nəfər hovuzda çimirmiş, digər iki şəxs də onları xilas etmək istəyərkən zərər çəkib. “Green House” 15 ilə yaxındır ki, fəaliyyət göstərir. İstirahət mərkəzinin rəhbərliyi haqqında isə məlumatım yoxdur”.

 

“Marja”nın araşdırması nəticəsində məlum oldu ki, “Green House” istirahət mərkəzi “Nyu Sfera-Turizm” MMC-yə məxsusdur. “Nyu Sfera-Turizm” şirkəti “Nyu Sfera” şirkətlər qrupuna daxildir. Şirkətlər qrupunun prezidenti İman Quliyevdir. El arasında “Qozbel İman” kimi tanınan biznesmen, eyni zamanda “Xalqlar Dostluğu” yarmarkasının sahibidir. 

 

© Yenicag, Marja

08.07.2017 14:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ