Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Rusiya “OPEC+” sazişini yenidən nəzərdən keçirməyə hazırdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya “OPEC+” sazişini yenidən nəzərdən keçirməyə hazırdır

Rusiya OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılması barədə sazişin (OPEC+) icrasının monitorinqi üzrə nazirlər komitəsinin görüşündə tərəfdaşların sazişin parametrlərinin dəyişdirilməsinə dair təkliflərini zərurət yaranarsa, nəzərdən keçirməyə hazırdır. 

 

Reklam_3_11

“RİA Novosti”  xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Energetika Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

 

O deyib: “Görüşdə gələcək və ya əlavə addımlara dair hər bir təklif onun məqsədəuyğunluğu və zəruriliyi nöqteyi-nəzərindən nəzərdən keçirilə bilər. Rusiya tərəfdaşların təkliflərini, o cümlədən zərurət yaranarsa, sazişin müəyyən parametrlərinin dəyişdirilməsinə dair təklifləri nəzərdən keçirməyə hazırdır”.

 

O deyib: “Hər hansı başqa traktovka və ya ölkələrin hələ daxil olmamış təkliflər istiqamətində addımlarını qiymətləndirmək cəhdi reallıqdan uzaq spekulyasiyadır”.

 

Nazirlər komitəsinin növbəti görüşü iyulun 24-də Sankt-Peterburqda nəzərdə tutulub. Burada bir sıra məsələlər, o cümlədən iyun ayı üzrə monitorinqin son məlumatları əsasında məsələlər müzakirə ediləcək.

 

OPEC ölkələri ötən il noyabrın 30-da Vyanada neftin qiymətlərini sabitləşdirmək məqsədi ilə gündəlik hasilatı 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrelə çatdırmaq barədə razılığa gəliblər. Qeyri-OPEC ölkələri isə dekabrın 10-da gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılaşıblar. 2017-ci il mayın 25-də OPEC Ölkələri Nazirlər Şurasının 172-ci iclasında OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması müddətinin 2018-ci ilin birinci rübünün sonuna qədər uzadılması barədə razılaşma əldə ediblər.

 

© Azərtac

09.07.2017 04:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ