Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

DəmirBank yeni saytını istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
DəmirBank yeni saytını istifadəyə verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

DəmirBank ASC tam yenilənmiş korporativ saytını istifadəyə verdi. Sayt öz istifadəçilərinə fərqli struktur və bir sıra yenilikləri ilə təqdim olunur.

 

Reklam_3_11

Həm fərdi,  həm də korporativ müştərilərin rahatlığını təmin etmək üçün saytın dizaynı “switch on/off” düyməsi vasitəsilə 2 fərqli hissəyə ayrılmışdır. Belə ki, bu düymə vasitəsilə fərdi müştərilər saytın “həyat üçün” bölməsinə, korporativ müştərilər isə asanlıqla “biznes üçün” bölməsinə keçə bilərlər. Hər bir bölmə görünüş və məlumat baxımından müvafiq müştəri qrupuna uyğun hazırlanılmışdır.

 

Bundan əlavə, yeni saytda bank məhsullarının onlayn sifarişi, onlayn məsləhətçi və “Zəng sifarişi” xidmətləri də təqdim olunur. Saytda həmçinin Bankın fəaliyəti, yenilikləri, inkişaf strategiyası, maliyyə göstəriciləri və digər Bankla əlaqəli məlumatlar ilə tanış olmaq mümkündür. Saytın rahat daxili naviqasiya sistemi vasitəsilə istifadəçilər onları maraqlandıran məlumatları qısa müddətdə əldə edə bilərlər.

               

Müştərilər müxtəlif növ məhsul və xidmətlərdən onlara daha uyğun olanını daha tez tapmaq üçün bölmələr daxilində seçimlər formasında qısa yollar əlavə edilib. Belə ki, əmanətlər bölməsində öz istəyinizə uyğun əmanəti seçmək üçün müddət, valyuta və əlavə etmək imkanının olması kimi filtrlardan istifadə etmək mümkündür. Bu isə bütün əmanətlərin şərtləri ilə detallı tanış olmadan, lazım olan əmanət növünü asanlıqla tapmağa imkan yaradır. Bənzər filtrlar kreditlər və pul köçürmələri bölmələrində də var. Əmanət kalkulyatorları vasitəsilə müştərilər yalnız əmanət üzrə əldə edəcəkləri faiz gəlirlərini deyil, həmçinin hədiyyə edilən plastik kart növünü də görə bilirlər.

 

Saytın bu və digər yenilikləri ilə demirbank.az ünvanına daxil olaraq tanış ola bilərsiniz. Həmçinin, telefon vasitəsilə sayta daxil olanların rahatlığı üçün sayt mobil adaptiv hazırlanılmışdır.

 

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi (012) 149

facebook.com/demirbank.az

instagram.com/demirbank_asc

28.12.2016 09:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ