Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yüksək faiz “qonaqlığı” bitir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yüksək faiz “qonaqlığı” bitir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Depzoit hərraclarında, notların və dövlət istiqrazlarının yerləşdirilməsində faizlər aşağı düşsə də tələb təklifi üstələyərək rekordlar qırır.

 

Reklam_3_11

Mərkəzi Bank depozit hərracında daha aşağı faiz ödəmək üçün faiz dəhlizinin aşağı həddini 12%-dən 10%-ə  saldı. Çünki depozit hərracları ilə vəsaitlərin cəlb edilməsi və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 15%) arasında dəyişən faiz dərəcələri ilə aparılır.   

 

“Marja” xəbər verir ki, depozit hərraclarında və notların yerləşdirilməsində faiz 10.01%-ədək düşsə də tələb azalmır.

 

Məsələn, 07.07.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 761,3 milyon manat təşkil etmişdir. Halbuki, Mərkəzi Bank 200 milyon manat cəlb etmək istəyirdi. Həmin hərracdakı tələb yeni rekord idi. Depozit hərraclarında bundan əvvəlki rekord 09.06.2017-ci il tarixində  keçirilmiş depozit hərracında qeydə alınmışdı - 665,2 milyon manat.

 

Banklar depozit hərracları vasitəsilə öz vəsaitlərini Mərkəzi Bankda 14 günlük depozitə yerləşdirərək qazanc götürürlər. Cəlb ediləcək vəsaitin məbləğini Mərkəzi Bank müəyən edir.

 

Notların yerləşdirilməsində də tələb təklifi dəfələrlə üstələyir. 5 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının  100 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracda sifarişlərin ümumi məbləği 320,4 milyon manat olmuşdur. Notlar üzrə də faiz 10,01%-ədək düşmüşdür.

 

Dövlət istiqrazları üzrə gəlirlilik də düşür. Artıq dövlət istiqrazlarında illik faiz 21%-dən 13,4%-ədək düşüb. Lakin yenə də tələb azalmır, təklifi dəfələrlə üstələyir.

 

Faizlərin aşağı düşməsinin səbəbi tələbin təklifdən çox olmasıdır.

 

Gəlirlilik aşağı düşsə də, bankların yenə də risksiz depozit hərraclarına və dövlət qiymətli kağızlarına böyük maraq göstərmələrinin səbəbi, vəsaitləri kredit şəkilində verə bilməmələridir. Depozit hərraclarında və dövlət qiymətli kağızlarında gəlirlilik daha da aşağı düşsə də, banklar kredit verməyə yönəlmirlər. Çünki kredit götürənlər çox azdır, üstəlik kreditin götürülməsi üçün şərtlər ağırdır.  Banklar yığılmış vəsaitləri sərməyə etməkdə çətinlik çəkirlər.

 

Avqust ayının əvvəlində Mərkəzi Bankın uçot dərəcəsini aşağı salacağı gözlənilir. Əgər Mərkəzi Bank uçot dərəcəsi ilə bərabər faiz dəhlizinin aşağı həddini də yenidən aşağı salarsa depozit həraclarında əqdlər üzrə faiz dərəcəsi daha da aşağı düşə bilər. Manat sabitləşir, qarşıdakı dövrdə depozit hərraclarının və not emissiyalarının  azalacağını gözləmək olar. Belə olan halda kredit verə bilməyən bankların qazancı azalacaqdır.

 

Qeyd edək ki, depzoit hərraclarında, notların və dövlət istiqrazlarının yerləşdirilməsində faizlərin yüksək olması Dolların Manat qarşısında bahalaşması idi. Riskli manata inamı artırmaq üçün faizlər yüksək müəyyən olunmuşdu. Manat sabitləşdikdən sonra faizlər də azalmağa başlayıb.

10.07.2017 05:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ