Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Starbucks Azərbaycan” regionda birinci oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Starbucks Azərbaycan” regionda birinci oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Starbucks Azərbaycan”ın Bakıda yerləşən dörd mağazasındakı çalışan bütün baristalar “Qəhvə mütəxəssisi” sertifikatıba layiq görülüblər. Beləliklə, “Starbucks Azərbaycan” EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) fəaliyyət göstərən “Starbucks”lar arasında ilk və tək olaraq “Black Apron” adını qazanıb. “Black Apron” – həmin mağazada xidmət göstərən bütün baristaların “Qəhvə mütəxəssisi” olduğunu ifadə edir.

 

Reklam_3_11

“Starbucks” Azərbaycanda qəhvəni həyat tərzi kimi mənimsəyənlərin dəyişməz seçimi olaraq böyüməyə davam edərkən sertifikatlı qəhvə mütəxəssisləri ilə qürur hissi duyur.

 

“Qəhvə mütəxəssi” adını almaq prosesinə başlamaq üçün “Starbucks”da ən azı 6 ay iş təcrübəsinə malik olmaq lazımdır. “Qəhvə mütəxəssi” sertifikatını almaq üçün təhsil müddəti isə 8-12 həftə davam edir. Bu müddət ərzində partnyor qəhvə tarixi, qəhvə əkinçiliyi və coğrafiyası, “Starbucks Qovurma” və “Qarışdırma sənəti” kimi mövzular haqqında ətraflı məlumatlar alır və onları uyğun şəkildə ötürə biləcək qabiliyyətini inkişaf etdirir. Prosesi müvəffəqiyyətlə tamamlayan partnyorlara “Qəhvə mütəxəssisi” sertifikatı verilir.

 

Dünyanın aparıcı qəhvə satıcısı, emalçısı və xüsusi qəhvə markası olan “Starbucks” 1971-ci ildə Amerikanın Siyetl şəhərində xüsusi qəhvələr satan bir dükanla fəaliyyətə başlayıb. Bu gün dünya üzrə 33 mindən çox mağazası ilə xidmət göstərən “Starbucks” hər il dünyada istehsal olunan 100% arabika qəhvə paxlalarının ən yüksək keyfiyyətə malik olanlarını seçir və 46 ildən çox təcrübəsi və xüsusi üsulu ilə qovrulduqdan sonra qonaqlarına təqdim edir.

 

Hər bir içki qonaqların tələblərinə uyğun və müxtəlif növ süd, sirop və soyuq və ya isti servis seçmək imkanı ilə hazırlanır. “Starbucks”larda ümumi hesabla 87 min növ fərqli içki təklif olunur.

 

10.07.2017 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ