Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qazaxıstan bankları dövlətdən dəstək alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan bankları dövlətdən dəstək alacaq

Qazaxıstan bankları dövlətdən 500 mlrd. təngə (1,5 mlrd. dollar) məbləğində dəstək alacaq.

 

Bu barədə Qazaxıstan Milli Bankının sədrinin müavini Oleq Smolyakov bildirib.

 

Onun sözlərinə görə, banklar cari ilin avqust-sentyabr aylarından etibarən dövlət dəstəyindən yararlana biləcəklər.
 

Sədr müavini bildirib ki, dövlət dəstəyi bütün banklara şamil olunmayacaq: "Bütün banklar iştirak edə bilməyəcək. Əsa parametrlərdən biri 45 mlrd. təngə məbləğində kapitalın olmasıdır. Biz fərdi qaydada bütün sifarişləri nəzərdən keçirəcəyik. Dövlət dəstəyi 15 ili əhatə edir. Lakin əsas dövr kimi ilk 5 il götürülüb".

 

Qazaxıstanın Milli Bankı bu il 33 bankda stress-test keçirib. Tənzimləyicinin məlumatına əsasən, 2017-ci ilin iyunun 1-nə problemli kreditlərin ümumi portfeldə çəkisi 11%-dir. 

 

©APA

11.07.2017 15:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ