Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollar sürətlə dəyərdən düşür, Avro bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar sürətlə dəyərdən düşür, Avro bahalaşır

Avro Dollar qarşısında bahalaşmaqda davam edir.

 

“Marja” xəbər verir ki, Bakı vaxtı ilə saat 07:10-da Avro/dollar məzənnəsi 0,7% qalxaraq 1.1475 səviyyələrində əməliyyat olunub.

 

ABŞ-prezidenti Donald Trumpın ötən il apardığı seçki kampaniyasının Rusiya ilə mümkün əlaqəsinə işarə edən sənədlərin ortaya çıxması maliyyə bazarlarına mənfi təsir edib. ABŞ səhmləri və Dollar düşüb.

 

Digər tərəfdən ABŞ Mərkəzi Bankının inflyasiya hədəfinə çata bilmədiyindən faiz artırmağa fasilə verəcəyi müzakirə edilir. Bu ehtimal da Dolları ucuzlaşdırır.

 

Digər “cəbhədə” – Avropa Mərkəzi Bankı təşviqləri dayandırmağı və faizləri qaldırmağa başlamağı müzakirə edir. Bu da Avronu bahalaşdırır. Artıq Avropada deflyasiya təhlükəsi ortadan qalxıb, iqtisadi canlanma sürətlə davam edir.

 

100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN

 

Bu gün Fed sədri Janet Yellenin çıxışı bazarlar tərəfindən izlənəcək. Yellen Çərşənbə və Cümə günləri Nümayəndələr Palatasında yarımillik təqdimatını edəcək. Fed sədrinin məşğulluq göstəricisi və pul siyasətinə dair mesajları əhəmiyyətli olacaq.

 

Dolların ucuzlaşması bu valyuta ilə ticarət olunan əmtələrin, o cümlədən neftin bahalaşmasına səbəb olub. Brent nefti 1.3 faiz bahalaşaraq 48,20 dollara çıxıb. Digər tərəfdən ABŞ-da xam neft ehtiyatlarının azalacağı gözlənilir və bu gözlənti də neftin qalxmasına təkan verir. 

12.07.2017 05:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ