Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Birinci Şıxlı" hektardan 35-38 sentner məhsul götürür

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Birinci Şıxlı" hektardan 35-38 sentner məhsul götürür

Qazaxda taxıl biçini davam edir. Rayonda yeni yaradılan "Birinci Şıxlı" kəndli-fermer təsərrüfatı ilk məhsul yığımını uğurla həyata keçirir. Dəmyə üsulu ilə yetişdirilsə də, 1 hektar sahədən 35-38 sentner məhsul götürülür.

 

Kəndli-fermer təsərrüfatında bu il 412 hektar sahədə taxıl əkilib.

 

Təsərrüfatın rəhbəri Tərlan Hüseynov deyib: “Əkin sahələrində bütün aqrotexniki qaydalara riayət olunub, vaxtında şumlama aparılıb, gübrə verilib, ziyanvericilərə qarşı mübarizə tədbirləri görülüb. Hazırda kombaynla biçin aparılır.”

 

Fermer Anar Yusubov isə bildirib ki, məhsuldarlıqdan razıdırlar. Sahəyə “Beş körpü”, “Aran” və “Krasnodar” sortları əkilib. Təsərrüfatda taxılla yanaşı, kartof, tütün, qarğıdalı və şəkər çuğunduru da becərilir.

 

Kəndli-fermer təsərrüfatında 60-a yaxın daimi, 120-dək gündəlik çalışan işçi var. Bu da öz növbəsində, yaxın kəndlərdə yaşayan insanların da işlə təmin olunması deməkdir.

 

Təsərrüfatın mütəxəssisi Səfurə Vəliyeva deyib ki, sahələrdə əsasən Türkiyədən gətirilmiş müasir suvarma sistemləri quraşdırılıb. Bu da məhsuldarlığa müsbət təsir göstərir. Həmçinin təsərrüfatda çalışan işçilər əmək haqqlarından da razıdırlar. Bir sözlə, əkin sahələrində çəkilən zəhmət yekunda müsbət nəticələrə gətirib çıxarır.

 

Qeyd edək ki, Qazax rayonu üzrə cari ilin məhsulu üçün 11 min hektardan çox sahədə taxıl əkilib. Gələcəkdə taxıl sahəsinin genişləndirilməsi, tütün və şəkər çuğunduru istehsalının daha da artırılması, ümumiyyətlə, bol məhsulun əldə olunması üçün bir sıra işlərin görülməsi də nəzərdə tutulub.

 

© Azərtac

12.07.2017 08:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ