Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mingəçevir Sənaye Parkının ilk rezidenti "Gilan Holding"ə məxsusdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mingəçevir Sənaye Parkının ilk rezidenti "Gilan Holding"ə məxsusdur

İqtisadiyyat Nazirliyi təməli 2016-cı ildə qoyulan Mingəçevir Sənaye Parkının ilk rezidentinin adını deyib. Bu, "Mingəçevir Tekstil" MMC-dir. 

 

 "Mingəçevir Tekstil" MMC "Gilan Holding" qrupuna aiddir.

 

"Mingəçevir Tekstil" ötən ilin sentyabrında MSP-yə ayrılan ərazidə tikinti işləri başlayan ərəfədə yaradılıb. Bu hadisəyə həsr edilmiş mərasimdə  "Gilan Holding"in törəməsi "Gilan Tekstil Parki"nın nümayəndəsi də çıxış etmişdi.

 

MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur. Artıq fabriklərin inşasına başlanıb.

 

Qeyd edək ki, 2012-ci ildən Sumqayıtda fəaliyyət göstərən "Gilan Tekstil Parkı" da "Gilan Holdinq" şirkətlər qruuna daxildir.

12.07.2017 09:20

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ