Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OPEC-in neft hasilatı iyunda artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in neft hasilatı iyunda artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft hasilatı iyun ayında əvvəlki ayla müqayisədə 393 min barrel artaraq 32 milyon 610 min barelə yüksəlib.


 
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, OPEC-in "Neft Bazarı Hesabatına" görə, iyunda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 660 min barrel artaraq 96 milyon 590 min barel olub.


 
İyunda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 270 min barrel artıb və 63 milyon 980 min barelə çatıb.


 
OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki ayla müqayisədə gündəlik 393 min barrel artaraq 32 milyon 610 min barreə çatıb. OPEC-in istehsalını artırması ilə iyunda qlobal neft istehsalındakı payı 33,8 faiz olub.


 
Keçən ay OPEC-də xam neft hasilatı ən çox Liviya, Nigeriya, Anqola, İraq və Səudiyyə Ərəbistanda artarkən, ən böyük azalma Venesuelada baş verib.


 
Liviyada gündəlik hasilat iyunda əvvəlki ayla müqayisədə 127 min barel artıb. Nigeriyada gündəlik hasilat təxminən 97 min, Anqolada isə 66 min barel yüksəlib. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanda isə iyunda neft hasilatı 51 min barrel artaraq 9 milyon 950 min barel olub. Venesuelada gündəlik hasilat təxminən 14 min barel düşərək, 1 milyon 938 min barrelə enib.
 


 Qlobal tələbat artmağa davam edəcək


 
OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi bu illə müqayisədə 1 milyon 260 min barel artımla sutkada 97 milyon 600 min barelə çatacaq.
 


OPEC-in 2018-də xam neft hasilatı bu illə müqayisədə gündəlik 100 min barel düşərək 32 milyon 200 min barrelə enəcək. OPEC xaricindəki ölkələrin neft hasilatı isə 2018-də bu ilə görə gündəlik 1 milyon 140 min barrel artaraq 58 milyon 960 min barrelə qalxacaq.
 

12.07.2017 13:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ