Azərbaycan holdinqinin Türkiyəyə etdiyi yardımın ümumi məbləği 20 milyon TL-ni keçib
NEQSOL Holding Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə dəstəyini davam etdirir.
Holdinqdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, holdinqin qərarı ilə tərkibində olan Bakcell şirkəti 5 milyon TL məbləğində vəsaiti Türkiyənin Azərbaycandakı səfirliyinin bank hesabına köçürüb. Beləliklə, bu günədək NEQSOL Holding-in tərkibinə daxil olan Bakcell, Azerconnect, Norm və Nobel Energy şirkətləri tərəfindən Türkiyəyə edilən humanitar yardımın ümumi məbləği 20 milyon TL-dən (cari məzənnə ilə 1 milyon 792 min manat) çox olub.
Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) və Türkiyənin Azərbaycandakı səfirliyinə maliyyə vəsaitin köçürülməsi ilə yanaşı, birbaşa fəlakət bölgəsinə təcili ehtiyaclarının qarşılanması üçün qida, geyim, rabitə avadanlığı və s. də göndərilib.
Türkiyə xalqına dəstək məqsədilə NEQSOL Holding humanitar yardımını davam etdirməyi nəzərdə tutur.
NEQSOL Holding Türkiyədə güclü zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına bir daha başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
32 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 55 d. əvvəl
-
9 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı





























