PAŞA Holding “Qobu-2” yaşayış kompleksindəki çətinliklərin həllinə dəstək göstərməyə hazır olduğunu bildirdi
Korporativ Sosial Məsuliyyət PAŞA Holding-in strategiyasının mərkəzində qalmaqdadır. PAŞA Holding bir neçə il öncə məcburi köçkünlər üçün nəzərdə tutulan “Qobu-2” yaşayış kompleksinin inşasına maliyyə dəstəyi göstərib. Belə ki, “Kristal Abşeron” MTK şirkəti tərəfindən icra olunan bu layihədə PAŞA Holding maliyyə sponsoru kimi çıxış edib və inşa prosesinə nə işçi qüvvəsi, nə də texniki avadanlıq təminatçısı kimi cəlb edilməyib. Buna baxmayaraq, PAŞA Holding müvafiq strukturlardan edilən müraciətləri nəzərə alaraq kompleksdə son günlər müşahidə olunan çətinliklərin həll olunmasına bir daha dəstək göstərməyə hazır olduğunu bildirib.(®) 2023-cü ildə PAŞA Holding öz cari strateji dövrünün son ilinə daxil olub. Hazırda şirkətin prioritetlərindən biri 2024-2026-cı illəri əhatə edəcək yeni strategiyanın hazırlanmasıdır.
Cari strateji dövrdə olduğu kimi, növbəti dövrdə də İnsan Kapitalının inkişafı, Korporativ Sosial Məsuliyyət (KSM) və İnnovasiyaların PAŞA Holding-in diqqət mərkəzində olması gözlənilir. Hazırda şirkətin KSM strategiyası çoxşaxəlidir, səhiyyə, təhsil, mədəni irs və ətraf mühitin qorunması kimi digər sahələri əhatə edir. Bu sahələrə aid layihələr arasında “Əsl gələcək”, “SabirArt”, “Rəqəmsal dövlət”, “Bağlı Vətən”, “Təmiz sahil”, “Yaşıl dünya”, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “Şəhid ailələrinin uşaqlarına psixoloji yardım”, “Ana-sahibkar”, “Qəhrəman övladlarıyıq”, “Autizmli uşaqlara adaptasiya dəstəyi”, “Əlaçı” və bu kimi onlarla digər layihə mövcuddur.
Bütün dünyanı təşvişə salan “COVID-19” pandemiyası zamanı da PAŞA Holding sosial məsuliyyətini dərk edərək çağırışlara cavab verən ilk şirkətlərdən oldu. Belə ki, “COVID-19” pandemiyasının ən şiddətli dönəmində PAŞA Holding tərəfindən modul tipli xəstəxanaların inşası, xarici ölkələrdən həkimlərin ölkəmizə cəlb olunması, eləcə də koronavirusla mübarizə fonduna dəstəyin göstərilməsi kimi fəaliyyətlər icra edilib. PAŞA Holding eyni zamanda Qarabağda infrastruktur obyektlərinin, eləcə də ekoloji durumun bərpası prosesində də iştirak etməkdədir. Şirkətin dəstəyi ilə hazırda Şuşa, Zəngilan və Ağdamda məscidlərin bərpası və yeni infrastruktur obyektlərinin inşası həyata keçirilir. Eyni zamanda, İkinci Qarabağ Müharibəsi iştirakçılarına, eləcə də qazi və şəhid ailələrinə dəstəyin göstərilməsi şirkətin diqqət mərkəzindədir.
Bununla yanaşı, KSM strategiyası çərçivəsində PAŞA Holding bir neçə il öncə məcburi köçkünlər üçün nəzərdə tutulan “Qobu-2” yaşayış kompleksinin inşasına maliyyə dəstəyi göstərib. Belə ki, “Kristal Abşeron” MTK şirkəti tərəfindən icra olunan bu layihədə PAŞA Holding maliyyə sponsoru kimi çıxış edib və inşa prosesinə nə işçi qüvvəsi, nə də texniki avadanlıq təminatçısı kimi cəlb edilməyib. Buna baxmayaraq, PAŞA Holding müvafiq strukturlardan edilən müraciətləri nəzərə alaraq kompleksdə son günlər müşahidə olunan çətinliklərin həll olunmasına bir daha dəstək göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, PAŞA Holding eyni zamanda çoxsaylı məktəb və baxçaların da tikintisini maliyyələşdirməkdədir. Bundan əlavə, şirkət əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş yaradıcılıq mərkəzinin inşa edilməsinin maliyyələşdirilməsində də iştirak edib. Holdinq həmçinin, gündəlik əsnada yardım məqsədilə daxil olan fərdi müraciətlər əsasında da yardıma ehtiyacı olan şəxslərə dəstək olmağa davam etməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
51 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























