Zaur İsmayılov: “Dijital marketinq üzrə bütün yenilikləri Azərbaycanda da tətbiq etmək niyyətindəyik” - FOTO
“Havas Media Azərbaycan” reklam agentliyi dijital marketinq sahəsindəki son yenilikləri tətbiq etmək üçün dijital sahədə qabaqcıl texnologiyaları tədris edən “Code Academy” ilə strateji əməkdaşlıq sazişi imzalayıb.
"Marja" xəbər verir ki, əməkdaşlıq çərçivəsində ilkin olaraq agentlik işçilərinin təhsil mərkəzində biliklərini artırmaları, “Code Academy” tələbələrinin isə agentlikdə təcrübə keçərək biliklərini möhkəmləndirmələri nəzərdə tutulur.
14 iyun tarixində baş tutan sazişin imzalanma mərasimində çıxış edən “Code Academy”nin rəhbəri Ülvi Aslanov təhsil mərkəzi haqqında məlumat verərək məqsədlərinin dijital texnologiyalar sahəsində qlobal bazarda da rəqabət apara biləcək kadrlar hazırlamaq olduğunu bildirdi. Bu əməkdaşlığın “Code Academy” üçün çox önəmli olduğunu qeyd edən Ülvi Aslanov bunları dedi:
“Digital Marketing Institute” (DMI) ilə rəsmi partnyorluq əsasında qlobal standartlara uyğun dijital marketinq dərsləri tədris edirik. Tələbələrimizin aldığı təhsili tətbiq etmək üçün də ən uyğun yerlərdən biri, əlbəttə ki, qlobal reklam agentliyidir.”
Azərbaycanda fəaliyyət göstərən ən qabaqcıl agentliklərdən olan “Havas Media Azərbaycan”ın dijital marketinqə xüsusi diqqət ayırmasının digər agentliklər üçün də örnək olacağını vurğulayan “Code Academy” rəhbəri bu əməkdaşlığın bütövlükdə sektorun inkişafına töhfə verəcəyinə inandığını da sözlərinə əlavə etdi.
Mərasimdə çıxış edən “Havas Media Azərbaycan” agentliyinin icraçı direktoru Zaur İsmayılov rəhbərlik etdiyi şirkətin ötən illər ərzində reklam bazarında əldə etdiyi uğurlardan, həyata keçirdiyi layihələrdən danışdı. “Havas Media Azərbaycan” 2009-cu ildən bu yana həm kreativ agentlik, həm də media satınalma şirkəti olaraq yerli reklam bazarının aparıcı oyunçularından biri kimi fəaliyyət göstərib. Bundan sonra həm də dijital marketinq üzrə ciddi layihələr həyata keçirməyi hədəfləyirik” deyən Zaur İsmayılov bu istiqamətdə “Code Academy” ilə əməkdaşlığa başlamaqdan məmnun olduqlarını qeyd etdi. Zaur İsmayılov daha sonra “Artıq ənənəvi reklam və media kanalları ilə qarşıya qoyulan məqsədə tam olaraq çatmaq qeyri-mümkündür. Əvəzində dijital marketinqin, sosial media kanallarının rolu get-gedə artmaqdadır” deyərək sözlərini belə davam etdirdi:
“Biz də “Havas Media Azərbaycan” olaraq müştərilərimizə hər zaman innovativ və faydalı həll yolları təklif etdiyimizdən bu sahə üzrə qlobal trendləri yerli bazarda daha effektiv şəkildə tətbiq etməyi hədəfləmişik. Bu işdə biz “Havas” beynəlxalq şəbəkəsinin sosial media və proqramlaşdırma üzrə ixtisaslaşmış agentliklərinin təcrübələrindən və sırf dijital media üzrə nəzərdə tutulan vasitələrindən faydalanırıq. Bu imkanımıza dəstək olaraq yerli məkanda dijital marketinq və proqramlaşdırma üzrə peşəkar mütəxəssislərin hazırlanmasında önəmli işlər görən “Code Academy” ilə iş birliyimiz Azərbaycanda dijital marketinqin dünya trendləri ilə ayaqlaşmasına hesablanıb”. Agentlik rəhbəri imzalanan strateji əməkdaşlıq sazişinin bu istiqamətdə atılan ilk addım olduğunu və gələcəkdə uğurlu töhfələr verəcəyinə böyük ümid bəslədiyini də vurğuladı.
2015-ci ildə fəaliyyətə başlayan “Code Academy” texnologiya sahəsində təcrübəli kadrlar hazırlayan tədris müəssisəsidir. Burada proqramlaşdırma, sistem adminstratorluğu, dizayn, dijital marketinq kimi istiqamətlər üzrə fərdi və korporativ tədris proqramları həyata keçirilir. “Code Academy” 2017-ci ildən etibarən mərkəzi İrlandiyada olan “Digital Marketing Institute”un Azərbaycan üzrə rəsmi partnyorudur.
2009-cu ildən fəaliyyət göstərən “Havas Media Azərbaycan” şirkəti qlobal “Havas” reklam agentlikləri şəbəkəsinin Azərbaycan üzrə nümayəndəsidir. Agentlik həm media satınalma, həm də kreativ həllər üzrə bir çox yerli və qlobal şirkətə xidmət göstərir.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
1 saat əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
-
3 saat əvvəl
Satmaq öhdəliyi ilə kirayə mənzillərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunur
-
4 saat əvvəl
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Azərbaycanın dövlət şirkəti xaricdə ilk şirkətini yaradıb























